2020-ci il Fiziologiya və Tibb üzrə Nobel mükafatına amerikalı Harvi Olter və Çarls Rays, britaniyalı Maykl Houton layiq görülüb. Qeyd edildiyi kimi, onlar Hepatit C xəstəliyinə səbəb olan virusun kəşfinə görə təltif ediləcəklər.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, bu virus insanlarda və şimpanzelərdə hepatit C-nin yaranmasına gətirib çıxarır. O, 1989-cu ildə kəşf edilib. Bildirilir ki, Olter, Rays və Houtonun açıqlamaları bu virusun kəşfində böyük rol oynayıb.