6 C
Baku
Sunday, December 15, 2024

“Herbalife”ın ən böyük səhmdarı səhmlərinin yarısından çoxunu 600 mln. dollara satdı

Amerikalı investor və milyarder Karl Aykan qida əlavələrinin istehsalı üzrə ixtisaslaşam “Herbalife Nutrition Ltd.”dəki payının yarıdan çoxunu satıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Herbalife”ın press-relizində deyilir.

Xatırladaq ki, Aykan şirkətin 16%-nə sahib idi. Təxminən 600 milyon dollarlıq (səhm başına 48.05 dollar) qiymətli kağız satdıqdan sonra, o, “Herbalife”ın 6%-nə sahib olacaq. Beləliklə, milyarderin əlində 8 milyon adi səhm qalacaq. Bundan əlavə, payın azalması səbəbindən Aykan direktorlar şurasındakı beş yeri boşaltmalı olub.

Aykan 2013-cü ildən başlayaraq “Herbalife” şirkətinin ən böyük səhmdarlarından biridir. O ilk dəfə bu şirkətə 2012-ci ilin sonlarında investisiya qoyub. Daha sonra bunun sayəsində 1 milyard dollardan çox pul qazana bilib.

Hal-hazırda “Herbalife”ın kapitallaşması 6.3 milyard dollar təşkil edir. Son on ildə onun səhmləri təxminən yeddi dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər