20 C
Baku
Thursday, October 3, 2024

“Heretikləri”-i nəyə görə yandırırdılar?

Savadlılıqdan dinsizliyə cəmi 1 addım var! “Müqəddəs atalar” məhz belə düşünür və elmi kəşf və yaxud yenilik edəni heretik (kafir, dinsiz) adlandırır və yandırırdılar.

XVI əsrdə kilsə tibbin inkişafı və xəstəliklərlə mübarizə məqsədilə insan anatomiyasını öyrənən alimləri fəal şəkildə izləyirdilər. Bu zaman insan orqanizminin quruluşunu – “ruhun qaranlıqlarını” öyrənmək yolverilməz günah hesab edilirdi.

Lakin Luven universitetinin belçikalı tələbəsi Vezaliy insna orqanizminin sirlərinə bələd olmaq istəyirdi. Bu məqsədlə də edam olunmuş cinayətkarların meyitlərini gizli şəkildə oğurlayır və onları öz “emalatxanasında” yararaq öyrənməyə çalışırdı. Nəticədə Vezaliy Padua universitetinin professoruna çevrildikdə onun mühazirələrinin uğuru digər professorlarda həsəd hissi oyadır. O özünün “İnsan orqanizminin quruluşu haqqında” traktatını nəşr etdikdə isə kafirlikdə ittiham edilir. Axı o hər bir insanın 24 qabırğaya sahib olduğunu iddia etməyə cəsarət etmişdi! İncil kitabında isə Həvvanın Adəm peyğəmbərin qabırğasından yaradıldığı yazılmışdı, deməli kişilərin cəmi 23 qabırğası olmalı idi…

Nikolay Kopernik isə “Səma aləmlərinin dövriyyəsi haqqında” əsərin müəllifi idi. O 10 illərlə teleskopla səma cisimlərinin hərəkətini müşahidə etmişdi və başa düşürdü ki, Yer kürəsi dinin iddia etdiyi kimi dünyanın mərkəzi deyil. O bilirdi ki, günəş öz oxu ətrafında fırlanır və bunun nəticəsində gecə-gündüz növbələşməsi baş verir. Lakin dini kitabda belə deyilirdi ki, Allah Günəş və Ayı dünyanı işıqlandırması üçün yaradıb. Buna görə də dünya kainatın mərkəzidir.

Kopernikin demək olar ki, bütün iddiaları xristian dininə zidd idi və bu səbəbdən də uzun illər boyunca Kopernikin kitabını nəşr etmək qadağan idi. Bu kitab yalnızca 1543-cü ildə, yəni Kopernikin artıq 70 yaşı olduqda peyda olur. Bu zaman o yatağında idi. Pravoslav ruhanilər katoliklər kimi insanlar üzərində hakimiyyəti əldən verməkdən qorxaraq bütün yenilikləri və kəşfləri dinsizlik hesab edirdi.

XVI əsrdə İvan Qroznı dövründə bir rus ixtiraçı ağacdan uçan cihaz ixtira etmiş və uçmağa çalışmışdır. Bu ruhanilərin böyük qəzəbinə səbəb olmuş və ixtiraçını edam etmişdilər.

I Pyotr zamanında isə Volqa və Don çayları arasında kanal yaratmaq istədikdə, ruhanilər buna etiraz etmiş və bildirmişdilər ki, yalnız Allah çayları idarə edə bilər və insanlar əbəs yerə Allahın ayırdığı çayların axınını birləşdirməyə cəhd edir.

Son xəbərlər
Digər xəbərlər