26 C
Baku
Wednesday, October 2, 2024

Hesab.az bonuslarını Expressbank kartlarına dəyişmək mümkündür

www.hesab.az portalında ödəniş əsasında toplanan bonusları Expressbank-ın MasterCard Standard kartlarına dəyişmək mümkündür. Aksiya çərçivəsində hər iştirakçı yalnız 1 dəfə kart sifariş edə bilər.

Bundan başqa Expressbank-ın bütün kartları ilə www.hesab.az portalında ödəniş etdikdə, ikiqat bonuslar təqdim ediləcək.

Müştərilər həmçinin Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə MasterCard Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Expressbank-ın paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər