Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az NIKOIL Bankla əməkdaşlığının yeni mərhələsinə başlayıb. NIKOIL Bank kartları ilə Hesab.az-da noyabr ayının 2-dən etibarən kommunal, rabitə, Tv, mobil, internet, əyləncə və Naxçıvan xərcləri xidmətlərinin haqqını ödəyən istifadəçilər ikiqat bonus qazanacaqlar. Qazanılan bonuslarla NIKOIL Bank kart sahiblərinin Hesab.az portalında təşkil edilən çoxsaylı aksiya və kampaniyalarda müxtəlif hədiyyə qazanmaq şansı iki dəfə artacaq.
Qeyd edək ki, kredit və sığorta ödənişləri, kinoteatr biletləri ikiqat bonus kampaniyasına daxil deyil.