10 C
Baku
Saturday, November 23, 2024

Hesab.az-ın səhmdarları səhm kapitalının artımı ilə bağlı qərar verəcək

Azərbaycanda “Hesab.az” ödəniş sisteminin sahibi olan “Qoldenpey” ASC və ya “Golden Pay” mart ayının 29-də səhmdarlarının toplantısının keçiriləcəyini elan verib.

Banker.az xəbər verir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağının iclası şirkətin baş ofisinin iclas zalında keçiriləcək.

İclasın gündəliyinə nizamnamə kapitalının artırılması, nizamnaməsində dəyişiklik və s. kimi məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, “GoldenPay” 2007-ci ildə yaradılıb və 571 000 manat nizamnamə kapitalı var. Şirkətin səhmdarı Böyük Britaniyanın Nevis adalarında qeydiyyatdan keçmiş “GoldenPay International” şirkətidir.

Son xəbərlər
Digər xəbərlər