“Hesab.az” platformasının sahibi “QoldenPey” ASC (Golden Pay) 2023-cü ildə xalis mənfəət əldə etdiyini açıqladı, lakin xərclərin artımının yüksəlməsi səbəbindən xalis mənfəət gəlirlərlə müqayisədə daha az dinamika nümayiş etdirib.
Banker.az xəbər verir ki, bu barədə audit hesabatına istinad edir.
Hesabata görə, “Golden Pay” ötən il ərzində cəmi gəlirlərini 17% artırmaqla 13.09 milyon manata çatdırıb. Satışların maya dəyəri 19% artımla 8.94 mln. manata yüksəlib ki, bu da 4.15 mln. manat ümumi mənfəət deməkdir.
Şirkətin inzibati xərcləri öncəki ildən daha çox artaraq 1.61 mln. manata yüksəlməsindən sonra əməliyyat gəlirləri 2022-ci ildə 2.69 mln. manat olduğu halda, 2023-cü ildə 2.53 mln. manata düşüb.
Cəmi gəlir və xərlərin ardından “Golden Pay” 2.2 mln. manat xalis mənfəət əldə edib. Bu xalis mənfəət kapital balansındakı bölüşdürülməmiş mənfəəti 6.24 mln. manata yüksəlib.