“Bank Respublika” ASC Bərdə filialına “Hesab üzrə mütəxəssis (Bərdə)” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
- Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
- Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
- Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
- Bank tariflərinə uyğun olaraq müştərilərdən komisyon haqları tutmaq;
- Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil; İş təcrübəsi: tələb olunmur; Azərbaycan dili- əla (yazılı və şifahi ); Komputer bilikləri. Microsoft Office Programs (Word, Excel);
- Yüksək ünsiyyət bacarığı; Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Hesab üzrə mütəxəssis (Bərdə)” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.