28 C
Baku
Saturday, July 27, 2024

Hesabalama Palatası: ”2015-ci il manatın məzənnəsinin aşağı düşməsi kimi amillərlə səciyyələnib”

2015-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı Dövlət Statistika Komitəsin, Mərkəzin Bankın, həmçinin, nüfuzlu beynəlxalq maliyyə mərkəzlərinin göstəriciləri də nəzərə alınıb.

Gün.Az-ın məlumatına görə, bunun Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 20-də keçirilən iclasında “2015-ci iln dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri deyib ki, dünyada yaşanan məlum qlobal maliyyə-iqtisadi proseslərin, böhranın ötən il Azərbaycan iqtisadiyyatına da müəyyən təsir olubləri və nəticədə də 2015-ci il tədiyə balansının həssaslığının artması, orta inflyasiya həddinin daha da artması, manatın məzənnəsinin aşağı düşməsi kimi amillərlə səciyyələnib.

Onun sözlərinə görə, lakin bütün bunlara baxmayaraq, ölkə başçısının düşünülmüş siyasəti, iqtisadiyyatda şaxaləndirmə və digər məqamlar nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafında dayanıqlılıq təmin olunub.

O, deyib ki, 2015-ci ildə həmçinin, xarici borclanmanın həddi təmin olunub, yəni, bu hədd əvvəldən müəyyən olunduğu kimi qalıb-1 milyard 500 milyon manat.

Son xəbərlər
Digər xəbərlər