10 C
Baku
Thursday, December 12, 2024

Hesabatlar üzrə Proqramçı – Unibank

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: İnformasiya Kommunikasiya Texnologiyaları /Bank

Vəzifə: Hesabatlar üzrə Proqramçı

Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Hesabatların yazılması və dəyişdirilməsi (həm sorğuların, həm də zahiri tərtibatın);
• Sifarişçilərlə ünsiyyətdə olmaq;
• Məlumatların vaxtında və keyfiyyətli şəkildə təqdim edilməsi.

Namizədin Profili

• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində).
• Azərbaycan dili üzrə mükəmməl, rus dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə) .
• PL/SQL üzrə iş təcrübəsi.
• VİSUAL STUDİO üzrə iş təcrübəsi.
• C# üzrə müəyyən biliklərin olması arzuolunandır.
• XML üzrə biliklərin olması arzuolunandır.
• SQL server reporting services ilə işləməyi bacarmaq arzuolunandır.
• Bank sahəsində və Proqramlaşdırma üzrə ən azı 2 illik iş təcrübəsinin olması arzuolunandır.
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.
• Məsuliyyətlilik.
• Verilmiş tapşırıqları vaxtında yerinə yetirmək.
• Ünsiyyət qurmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Hesabatlar üzrə Proqramçı) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər