12 C
Baku
Sunday, October 27, 2024

Hesabatlıq və təhlil departamentinin direktoru – AFB Bank

Vəzifə: Hesabatlıq və təhlil departamentinin direktoru

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Mərkəzi Bankın və MBNP-nın normativ aktları haqqında nəzəri biliklər;
• MBNP-nın və Mərkəzi Bankın hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması;
• Yüksək səviyyədə excel bilikləri;
• Proqramlama dillərində biliklər;
• SQL Server və Oracle sistemlərində biliklərə sahib olmaq;
• Bİ Tool-la iş təcrübəsi;
• Maliyyə hesabatlarının təhlili üzrə bilikər;
• Məlumat bazasının (DB) yaradılması və menecment hesabatlarının hazırlanması.

İŞİN TƏSVİRİ:

• MİS -in qurulmasının və daimi təkmilləşdirilməsinin təmin edilməsi;
• Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması       (toplanması), emalı, icmallaşdırılması və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin  aparılması;
• Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması;
• Bank üzrə statistik elektron məlumatlar bazasının yaradılması və bu bazanın daima      təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi;
• Bankın səmərəlilik göstəriciləri üzrə təhlillərin aparılması və bütövlükdə Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflərin hazırlanması;
• Mərkəzi Banka, Vergilər Nazirliyinə və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb təqdim edilməsi;
• Bankın rəhbərliyinin Bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlıq və təhlil departamentinin direktoru” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik

Son xəbərlər
Digər xəbərlər