Vəzifə: Hesabatlıq və təhlil departamenti – baş mütəxəssis, mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı
• Mərkəzi Bankın və Palatanın normativ aktları haqqında nəzəri biliklər
• Palatanın və Mərkəzi Bankın hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması
• Excel-i yüksək dərəcədə bilmək
• Maliyyə Hesabatlarının Təhlili üzrə bilikər
• Məlumat bazasının (DB) yaradılması və menecment hesabatlarının hazırlanması
İŞİN TƏSVİRİ:
• Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması (toplanması), emalı, icmallaşdırılması və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması;
• Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması;
• Mərkəzi Banka, Vergilər Nazirliyinə və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb göndərilməsi;
• Bankın rəhbərliyinin Bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlıq və təhlil departamenti – baş mütəxəssis, mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.