12 C
Baku
Thursday, March 28, 2024

Hesablama Palatası 2020-ci il yol vergisinin məbləğinin yenidən hesablanması təklif edib

Gələn ilin dövlət büdcəsinin gəlirlərində yol vergisi üzrə proqnoz göstəriciləri minik avtomobillərinin idxalı və avtomobil benzini və dizel yanacağı üzrə ölkədaxili istehlak həcmlərinə uyğun olaraq proqnozlaşdırılmayıb.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə avtomobil benzini üzrə ölkədaxili istehsalın istehlaka yönəldilməsindən yol vergisi 6,6 mln. manat azalma ilə, idxal olunan avtomobil benzininə yol vergisi isə cəmi 2,8 mln. manat artımla nəzərdə tutulub. Hesablama Palatası qeyd edilən daxilolmalar üzrə mövcud makro-mühitin proqnoz göstəricilərinin nəzərə alınması ilə növbəti il üçün təklif edilən məbləğlərin yenidən hesablanmasına ehtiyac olduğunu qeyd edir.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər