Hesablama Palatasının növbəti Kollegiya iclasında 4 dövlət qurumunda keçirilən nəzarət tədbiri üzrə hesabatlar müzakirə olunub.
Aparılan auditlər dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsi və “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu”ndan ayrılan vəsaitlər üzrə xərclərin proqnozlaşdırılması və icrası, yenə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Quba Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi və nəhayət dövlət büdcəsindən Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair olub.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb. Bəlli ki, Palata auditorları adıçəkilən qurumlarda ciddi maliyyə pozuntuları aşkarlayıb. Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilib.
http://www.bizimyol.info/