11 C
Baku
Monday, November 25, 2024

Hesablama Palatası 6 ayda 31 kənar dövlət maliyyə nəzarəti tədbiri keçirib

Bu ilin I yarısında Hesablama Palatasının Kollegiyası 31 kənar dövlət maliyyə nəzarəti tədbirinin (bundan sonra – nəzarət tədbiri), o cümlədən 2 auditin “Dövlət sirri haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilməsi ilə bağlı qərar qəbul edib.

Məlumata görə, nəzarət obyektlərinin 5-də ilk dəfə nəzarət tədbirinin keçirilməsinə başlanılıb, 9 layihə və proqram əvvəlki auditlərlə əhatə olunmayıb.

Nəzarət obyektləri arasında 12 mərkəzi icra hakimiyyəti orqanı, 8 publik hüquqi şəxs, 3 dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 1 büdcədənkənar dövlət fondu, 6 mərkəzi icra hakimiyyəti orqanı tabeliyində və yanında olan təşkilat, 1 təhsil müəssisəsi və digər təşkilati-hüquqi formaya malik qurumlar olub.

Hesabat dövründə uyğunluq auditinin payı ümumi portfeldə üstünlük təşkil edib. 2023-cü ilin ilk 6 ayında 2 səmərəlilik auditinin keçirilməsi ilə bağlı kollegiya qərarı qəbul edilib. Səmərəlilik auditləri uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası üzrə həyata keçirilən fəaliyyətin və toxumçuluq sahəsində fəaliyyətin nəticəliliyinin qiymətləndirilməsi mövzularını əhatə edir. Həyata keçirilən bir sıra auditlərdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən də istifadə edilir.

Hesabat dövründə 11 nəzarət tədbirinin, o cümlədən 10 audit (8-i uyğunluq, 1-i maliyyə auditi və 1-i səmərəlilik auditi olmaqla) və 1 analitik fəaliyyətin nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiq edilib. Hesablama Palatasının Naxçıvan MR üzrə İdarəsinin İş Planı üzrə 4 nəzarət tədbiri keçirilməsi ilə bağlı qərar qəbul edilib, 2-si başa çatdırılıb.

Son xəbərlər
Digər xəbərlər