5 C
Baku
Monday, December 23, 2024

Hesablama Palatası: Azərbaycan bu il 29 mln. tondan çox neft hasil edəcək

Bu il Azərbaycanda neft hasilatı 29,2 milyon ton təşkil edəcək.

Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, ötən illə müqayisədə 3% azalma deməkdir.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı 2023-cü ilin eyni dövrünə nisbətən 3,7% az – 24,15 milyon ton təşkil edib.

Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 7,5% az – 30,2 milyon ton neft hasil edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər