5 C
Baku
Monday, December 23, 2024

Hesablama Palatası: Azərbaycan bu il 38 mlrd. kubmetrə yaxın əmtəəlik qaz hasil edəcək

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 37,8 milyard kubmetr təşkil edəcək.

Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, ötən illə müqayisədə 3,8% artım deməkdir.

Gələn il isə Azərbaycanda əmtəəlik qaz hasilatının bu ilə nisbətən 1,6% artaraq 38,4 milyard kubmetrə çatacağı gözlənilir.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz hasilatı 2023-cü ilin eyni dövrünə nisbətən 4,7% çox – 41 milyard 625,4 milyon kubmetr, o cümlədən əmtəəlik qaz hasilatı 6,8% çox – 31 milyard 727 milyon kubmetr təşkil edib.

Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 3,8% çox – 48 milyard 496,7 milyon kubmetr qaz, o cümlədən 4,2% çox – 36 milyard 413,8 milyon kubmetr əmtəəlik qaz hasil edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər