Hesablama Palatası: Beynəlxalq maliyyə-kredit təşkilatları ilə müqavilələr vaxtında bağlanılmır

2025-ci ildə Azərbaycanda xarici kreditor qrumlardan cəlb ediləcək kreditin icra göstəricisinin az olması beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən layihələrin icrası üzrə müqavilələrin vaxtında bağlanılmaması qənaətinə gəlməyə əsas verir.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, 2025-ci ilin “Büdcə zərfi”ndə xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə proqnozlaşdırılmış 895,9 milyon manat vəsaitin 88,4 milyon manatı 4 keçid layihənin, 807,5 milyon manatı isə 8 imzalanacaq yeni layihənin maliyyələşdirilməsinə nəzərdə tutulsa da, hesabat ilində icra 181,6 milyon manat olmaqla 36,2 milyon manat 2 keçid, 145,3 milyon manat isə 4 yeni layihənin maliyyələşdirilməsinə xərc edilib.

Beynəlxalq maliyyə-kredit qurumları ilə birgə (müştərək maliyyələşmə əsasında) həyata keçirilən layihələr üzrə kreditlərin icra məbləği dövlət əsaslı vəsait qoyuluşuna aid edilərək 14,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə “Regional Yol və İnkişaf Layihəsi”nin (Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun Yenikənd-Biləsuvar hissəsinin yenidənqurulması), 136,2 milyon manatı “Azərbaycan Dəmir Yolları” QSC-yə “Dəmir yolu sektorunun inkişafı” layihəsinin, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsi “Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması” layihəsi və “Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən

qurulması” layihəsi üzrə əlavə maliyyələşmə”nin, 0,3 milyon manatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə “Qız qalası su anbarından suvarma kanalının çəkilməsi” layihəsinin, 8,8 milyon manatı “Azərbaycan Dəmir Yolları Rəqəmsal Transformasiya Layihəsi”nin, 22,1 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Məşğulluğa dəstək layihəsi”nin icrasına yönəldilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər