Hesablama Palatasının üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə COVİD-19 pandemiya dövrünün qaydalarının tələblərinə uyğun olaraq Kollegiya iclası keçirilib.
Bu barədə Palata məlumat yayıb.
Məlumata görə, kollegiya iclasında “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib, 2020-ci ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə ətraflı təhlil aparılıb, nəticə və tövsiyyələr verilib.
Kollegiyada qanun layihəsinə və illik hesabata Hesablama Palatasının rəyinin təsdiq edilməsi və Milli Məclisə təqdim edilməsi qərara alınıb.