25 C
Baku
Sunday, July 21, 2024

Hesablama Palatası dövlət borcunun idarə edilməsi ilə bağlı Türkiyə, Rusiya, ABŞ və Filippin təcrübəsini öyrənir

Azərbaycan dövlət borcunun idarə edilməsi ilə bağlı daha çox Türkiyə, Rusiya, ABŞ və Filippin təcrübəsini öyrənir.

Bunu Hesablama Palatasının auditoru Vüqar İbrahimov deyib.

O bildirib ki, ümumilikdə Hesablama Palatası INTOSAI-ın Dövlət Borcu üzrə İşçi qrupuna daxil olan 27 ölkə ilə təcrübə mübadiləsi aparır.

“Hər bir dövlətin maliyyə siyasətində onun dövlət borcu xüsusi rol oynayır. Bu gün Bakıda keçirilən INTOSAI-ın Dövlət Borcu üzrə İşçi qrupunun illik toplantısı əhəmiyyətlidir. Burada Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və ali audit qurumlarının ekspertlərinin dövlət borcu və iqlim dəyişikliyi, borc dayanıqlılığı, risklərin idarəedilməsi istiqamətində təcrübələrini bölüşürlər. Hesablama Palatası olaraq dövlət borcu sahəsində bu toplantılar vasitəsilə öz fəaliyyətimizi daha da təkmilləşdirir, effektiv əməkdaşlığı artırmaqla yeni tədqiqatlar əldə etməyə çalışırıq”, – Vüqar İbrahimov əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər