Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsi ilə bağlı bir sıra fiskal risklər müəyyən edib.
Bu barədə Palatanın məlumatında bildirilib.
Qurumda hesab edirlər ki, bu risklər dövlət maliyyə sisteminin dayanıqlığına ciddi təsir göstərə bilər.
Onlar aşağıdakılardır:
– Beynәlxalq tәşkilatların proqnozlarına әsasәn, neft qiymәtlәrinin әsasәn il sonuna qәdәr stabil dinamikaya malik olacağı gözlәnilir. Belә ki, Çin iqtisadiyyatında artımın nisbәtәn zәiflәmәsi, yüksәk qlobal faiz dәrәcәlәri, elәcә dә OPEC+ razılaşması üzrә hasilatda ixtisarın tәxirә salınması neft qiymәtlәrindә әhәmiyyәtli artımın olmayacağını demәyә әsas verir. Lakin Orta Şәrqdә geosiyasi münaqişәlәr (bәzi әsas neft ixracatçılarının münaqişәlәrә cәlb olunması, elәcә dә münaqişәnin qlobal neft tәklifinin әhәmiyyәtli hissәsinin daşındığı әrazidә baş vermәsi) fonunda bu xammal qiymәtinә tәzyiqlәrin artacağı ehtimalı yüksәkdir.
– ABŞ-da seçki nәticәlәrindәn asılı olaraq proteksionizmә vә ticari fraqmentasiyaya üstünlük verilmәsi, o cümlәdәn Çin mallarının idxalına ABŞ rüsumlarının yüksәldilmәsi iki böyük iqtisadiyyat arasında gәrginliyin artması ilә nәticәlәnә bilәr. Bu halda qlobal iqtisadiyyatın müvafiq gәrginlikdәn tәsirlәnmә ehtimalı yuxarıdır.
– Fiskal balanslarda әvvәlki illәrә nisbәtәn yaxşılaşma müşahidә olunsa da, bәzi ölkәlәr üzrә risklәr hәlә dә qalmaqdadır. Belә ki, bir çox ölkәlәrdә dövlәt borcunun azalacağı proqnozlaşdırılsa da, faiz ödәnişlәri hәlә dә yüksәkdir, hәtta bәzi ölkәlәrdә bu ödәnişlәr fiskal gәlirlәrin yarısından çoxunu әhatә edir.
– Büdcә sәnәdlәşmәsinә әsasәn, ortamüddәtli dövrdә, o cümlәdәn növbәti il dövlәt büdcәsinin әsaslı xәrclәrinin, o cümlәdәn dövlәt әsaslı vәsait qoyuluşunun azaldılması nәzәrdә tutulmuşdur. Belә ki, növbәti ildә әsaslı xәrclәrin 12 milyard 310,6 milyon manata bәrabәr olacağı (әvvәlki ilә nisbәtәn 3 milyard 65,2 milyon manat az), ortamüddәtli dövrün sonuna isә 11 milyard 794,4 milyon manata enәcәyi proqnozlaşdırılır. Әsaslı xәrclәrin azalması başa çatdırılmamış tikinti obyektlәrinin sayının, başa çatdırılmamış kapital qoyuluşlarının hәcminin azalmamasına, tikintisi başa çatmamış obyektlәrin sifarişçilәr tәrәfindәn tikintisinin dayandırılması nәticәsindә investisiya xәrclәrinin bir hissәsinin sәmәrәliliyinә tәsir göstәrә bilәr. Bu, eyni zamanda, investisiya layihәlәrinin başa çatdırılması üçün tәlәb olunan investisiyaların artımına da sәbәb ola bilәr. Ortamüddәtli büdcә proqnozları üzrә göstәrilәn dövlәt әsaslı vәsait qoyuluşu xәrclәrinin әsas hissәsinin keçid layihәlәrә yönәldilmәsi halında belә keçid layihәlәrin başa çatdırılması üçün uzun müddәtә ehtiyac duyulur.
– Әsas kapitala investisiyalar portfelindә dövlәt investisiyalarının payının ilbәil yüksәlmәsi dә risk amillәrindәn hesab oluna bilәr. Belә ki, 2024-cü ilin 8 ayı üzrә dövlәt mәnbәlәri hesabına maliyyәlәşdirilәn investisiyaların cәmi portfeldә payı tәxminәn 60 %-ә yüksәlib, dövlәt büdcәsinin bu istiqamәtdә xәrclәrinin il sonuna icrası gözlәntilәri isә bu nisbәtin bir qәdәr dә yüksәlәcәyini demәyә әsas verib. Strateji sәnәdlәrdә özәl sektor hesabına investisiyaların artımı nәzәrdә tutulsa da, 2024-cü ilin yanvar-avqust aylarında әks meyil müşahidә edilib.
– Tәqdim edilmiş mәlumatlara әsasәn, növbәti ilin dövlәt büdcәsindәn 57 publik hüquqi şәxsә (PHŞ) dövlәt sifarişlәri üçün 1,1 milyard manat nәzәrdә tutulur ki, bu da 2024-cü ilin gözlәnilәn icrası ilә müqayisәdә 120,9 milyon manat vә yaxud 12,1% çoxdur. Publik hüquqi şәxslәrә dövlәt sifarişi ilә yanaşı, digәr istiqamәtlәr üzrә dә vәsait yönәldilir vә ayrılan vәsaitin büdcә xәrclәrindә payı әhәmiyyәtlidir (2023-cü ildә dövlәt büdcәsi xәrclәrinin tәqribәn 1/5-dәn çox hissәsini PHŞ-lәr icra edib). 2025-ci ildә dә dövlәt müәssisәlәrinә subsidiya ayrılmasının davam etdirilmәsi proqnozlaşdırılır. Layihәyә әsasәn, bu istiqamәt üzrә bölgüsü әvvәlcәdәn müәyyәn edilmiş xәrclәrin mәblәği 403,2 milyon manat olmaqla, әvvәlki ilә nisbәtәn azalma ilә proqnozlaşdırılsa da, icra prosesindә bölüşdürülәcәk xәrclәr hesabına daha çox olacağı ehtimal edilir. İstәr PHŞ-lәrә, istәrsә dә dövlәt müәssisәlәrinә ayrılan vәsaitlәrin icrası әsasәn xәzinәdәnkәnar hesablar vasitәsilә hәyata keçirilir. Xәzinәdәnkәnar әmәliyyatların artması isә xәrc öhdәliklәrinin icrasının izlәnilmәsi imkanlarını mәhdudlaşdırır. Hesablama Palatasının apardığı kәnar dövlәt maliyyә nәzarәti tәdbirlәrinin nәticәlәrinә әsasәn bәzi hallarda ayrılmış vәsaitlәr uzun müddәt müvafiq müәssisәlәrin bank hesablarında qalır ki, bu da resurs çatışmazlığı ilә bağlı risklәri formalaşdıra bilәr.
– Tәqdim edilmiş mәlumatlara әsasәn, dövlәt borcuna xidmәt xәrclәrinin növbәti ildә 2 milyard 399,6 milyon manat olacağı, faiz ödәnişlәrinin isә 1 milyard 300,5 milyon manat olmaqla bu xәrclәrin 54,2 %-ni tәşkil edәcәyi proqnozlaşdırılır. Dövlәt borcuna xidmәt xәrclәrinin qanunvericilikdә müdafiә olunan xәrc maddәlәrinә aid edilmәsi fonunda bu xәrclәrin әhәmiyyәtli mәblәğdә artımı cәmi dövlәt büdcәsi xәrclәrinin dәyişmәz qalması şәraitindә fiskal siyasәtә xidmәt edәn digәr xәrclәrin (vә yaxud digәr funskional bölmәlәrin, o cümlәdәn tәhsil, sәhiyyә, kәnd tәsәrrüfatı vә s.) azaldılmasını şәrtlәndirә bilәr. Ortamüddәtli dövrdә dövlәt borcuna xidmәt xәrclәri, elәcә dә bu xәrclәrin cәmi dövlәt büdcәsinin gәlir vә xәrclәrindә payı artan dinamika ilә proqnozlaşdırılıb.