17 C
Baku
Tuesday, May 28, 2024

Hesablama Palatası fiskal riskləri açıqlayıb

Hesablama Palatası 2022-ci ilin yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə dövlət büdcəsinin yenilənən parametrlərinə təsir göstərən fiskal riskləri açıqlayıb.

Bu, Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə verdiyi rəydə əksini tapıb.

Rəydə bildirilib ki,2022-ci ilin yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə dövlət büdcəsinin yenilənən parametrlərinə təsir göstərən fiskal risklər barədə məlumatlara yer verilməmiş, Hesablama Palatası dəyişdirilməsi nəzərdə tutulan proqnozlar üzrə bəzi risklərin mövcud olduğu qənaətinə gəlib.

2022-ci ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərdə “COVİD-19” pandemiyası, neftin qiymətinin və hasilat həcmlərinin azalması, dövlət zəmanətli və kvazi-dövlət borcları, geniş subsidiyalaşdırılmadan irəli gələn risklər əsas risklər kimi qeyd edilib.

2022-ci ilin dövlət büdcəsinin layihəsinə dair Hesablama Palatası tərəfindən hazırlanan rəydə qeyd edilənlərlə yanaşı, ortamüddətli dövr üçün digər risklərə diqqət yetirilib:

1) dövlətin cari xərclərinin artırılması hesabına və bunun əsas hissəsinin müdafiə olunan xərc istiqamətlərinə aid edilməsi səbəbindən növbəti illərin büdcələrinə yükün artırılması;

2) publik hüquqi şəxslərin və dövlət mülkiyyətində olan müəssisələrin büdcədən asılılığı; 3) yeni büdcə modelinə (3 bölmə üzrə OMXÇ- yə) keçidin gecikməsi.

2022-ci il üzrə makrobüdcə parametrləri üzrə proqnozların dəyişdirilməsi fonunda yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə yenilənən dövlət büdcəsinin hansı fiskal risklərin təsirinə məruz qala biləcəyi göstərilməyib.

Hesablama Palatası təqdim edilmiş məlumatların təhlilinə əsaslanaraq yenilənən büdcə parametrləri üzrə aşağıdakı risklərin mövcudluğunu qeyd edir:

Dövlət büdcəsinin xərclərinin tam icra edilməməsi və qabaqcadan ödənişlərin artması:

– Dövlət büdcəsinin xərclərinin icrasının təhlilinə əsasən, son illərdə xərclərin icra faizinin təqribən 96% təşkil etməsini, cari ilin ötən dövrü üzrə xərclərin icrasını (10,5 mlrd. manat), iyun-dekabr aylarında 22,0 mlrd. manat xərcin proqnozlaşdırılmasını, əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid edilən, lakin bank hesabında qalıq vəsaitlərin əhəmiyyətli məbləğlərlə ifadə edilməsini (təqribən 800,0 mln. manatdan çox), həmçinin qabaqcadan ödəniş məbləğlərinin nəzərəçarpacaq artımını (2021-ci ilin sonuna 2,8 mlrd. manat olması), investisiya xərcləri üzrə (xüsusilə xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlərin) aşağı icrasını diqqətə alaraq 2022-ci ildə xərclərin faktiki icrasının aşağı olacağı və ya il sonunda xərclərin daha çox icra edilməsi hesabına qabaqcadan ödənişlərin (debitor borc və akkreditivlərin) və ya bank hesablarında qalıqların əhəmiyyətli məbləğlərlə ifadə olunacağı qənaətinə gəlinir. Qanunvericilikdə sərbəst qalıqdan istifadəyə imkan verən müddəaların mövcudluğu: Hesablama Palatasının əvvəlki rəylərində də qeyd edildiyi kimi, qanunvericilikdə bir sıra müddəalar üzrə uyğunsuzluqların və boşluqların olması şəraitində sərbəst qalıq vəsaitlərin ayrılmasına yol açan hallar büdcə vəsaitlərinin idarəedilməsinə mənfi təsirlərini ötürməklə gələcəkdə büdcə üçün resurs çatışmazlığı risklərini formalaşdıra bilər. Qeyd edək ki, yenidən baxılan layihədə sərbəst qalığın azalmasına imkan verən xərclərin artımı nəzərdə tutulub.

Xəzinədənkənar əməliyyatların həcminin artması:

– Təqdim edilmiş məlumatlara əsasən dövlət büdcəsinin xərcləri üzrə nəzərdə tutulmuş artımın əsas hissəsi (60%-nin) publik hüquqi şəxslər və dövlət mülkiyyətində olan müəssisələr tərəfindən əsaslı xərclərə yönəldilməsi ilə bağlıdır. Xəzinədənkənar əməliyyatların artması resurs çatışmazlığı ilə bağlı riskləri formalaşdırmaqla xərc öhdəliklərinin icrasının izlənilməsi imkanlarını məhdudlaşdırır.

OMXÇ tətbiq edilən bölmələr üzrə xərclərdə edilmiş dəyişikliklər fonunda yenilənmiş OMXÇ sənədinin təqdim edilməməsi:

– Təqdim edilmiş məlumatlara əsasən OMXÇ tətbiq edilən hər 3 bölmənin xərclərində (1-i üzrə cüzi) dəyişikliklər nəzərdə tutulur. Lakin müvafiq xərclərin proqram və subproqramlar üzrə maliyyələşmə və hədəf göstəricilərini əks etdirən OMXÇ sənədində yenilənməsi ilə bağlı müvafiq məlumatlar layihə ilə birlikdə təqdim edilən sənədlərə daxil edilməmişdir ki, bu da gələcəkdə (il sonunda) icra edilmiş xərclər üzrə keyfiyyət göstəricilərinin ölçülməsində çətinlik yarada bilər.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər