14 C
Baku
Tuesday, November 4, 2025

Hesablama Palatası: İcmal büdcənin gəlirləri enerji və qızıl bazarındakı dəyişkənlikdən asılı olacaq

Hesablama Palatası ortamüddətli dövrdə icmal büdcənin gəlir dinamikası qlobal enerji və maliyyə bazarlarında, eləcə də qiymətli metalların dəyərində müşahidə olunan volatilliyə əhəmiyyətli dərəcədə həssas olacağını hesab edir.

Bu barədə Hesablama Palatasının “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ortamüddətli dövrdə enerji qiymətlərində baş verə biləcək dəyişkənlik icmal büdcənin iki əsas komponenti – dövlət büdcəsi və Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinə birbaşa təsir göstərəcək.

ARDNF-in gəlirlərinin icmal büdcədə 24,7–29% paya malik olması və bu gəlirlərin əhəmiyyətli hissəsinin investisiya portfeli üzrə aktivlərin idarə olunmasından formalaşması, Fondun gəlirlərinin icmal büdcənin ümumi gəlir dinamikasına mühüm təsir göstərəcəyini deməyə əsas verir.

Hesablama Palatası qeyd edib ki, ortamüddətli dövrdə ARDNF-in səhm və qızıl aktivləri üzrə əldə edəcəyi gəlir və ya zərər də icmal büdcənin gəlirlərinə müvafiq təsir göstərəcək.

Məlumata görə, 2025-ci ilin ilk üç rübündə qızılın qiyməti 1200–1300 ABŞ dolları civarında artıb. Bu, ARDNF-in gəlirliliyinin yüksəlməsi və nəticə etibarilə icmal büdcə gəlirlərinin artımı baxımından müsbət meyil kimi qiymətləndirilir.

Palata hesab edir ki, ortamüddətli dövrdə icmal büdcənin gəlirlərinə təsir edən çoxsaylı makroiqtisadi və bazar amillərinin dəyişkənliyi – xüsusilə neft və qaz qiymətləri, qiymətli metalların dəyəri və qlobal maliyyə bazarlarındakı volatillik – gəlir proqnozlarının dəqiqliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Son xəbərlər
Digər xəbərlər