13 C
Baku
Thursday, May 16, 2024

Hesablama Palatası: “İSF-nin bəzi xərcləri icmal büdcədə nəzərə alınmayıb”

Gələn ilin “Büdcə zərfi”ndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcəsində sığorta ödənişləri 11 milyon manat olsa da, icmal büdcədə bu xərc istiqaməti ümumiyyətlə nəzərdə tutulmayıb.

Bu barədə Hesablama Palatasının “Büdcə zərfi”nə verdiyi rəydə bildirilir.

Bundan başqa, sənəddə deyilir ki, Fondun büdcəsində haqqı ödənilən ictimai işlərin təşkili üzrə əks etdirilmiş 3.5 milyon manat icmal büdcədə nəzərə alınmayıb. Belə ki, icmal büdcədədə əks etdirilmiş məbləğ 265,8 milyon manat yalnız dövlət büdcəsinin bu istiqamətdə olan xərclərinə aiddir.

“Fondun büdcəsində özünəməxsusluq tədbirlərin təşkili üzrə 87,5 milyon manat proqnozlaşdırılır da, icmal büdcədə bu istiqamət ümumiyyətlə nəzərdə tutulmayıb”, – deyə rəydə qeyd olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər