16 C
Baku
Monday, October 27, 2025

Hesablama Palatası: İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib

2024-cü ildə 1 Qkal istilik enerjisinin maya dəyəri bütün istehlakçı qrupları üzrə orta hesabla 37 manat olub.

Bu qənaətə Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq “Azəristiliktəchizat” ASC-də aparılan uyğunluq auditindən sonra gəlib.

Auditə görə, maya dəyəri əhali istehlakçı qrupu üzrə 43 manata yaxın təşkil edib ki, bu da tətbiq edilən sonuncu tarifi 2 dəfədən çox üstələyir.

Qeyri-əhali istehlakçı qrupu üzrə maya dəyəri isə müqavilə qiymətindən aşağı olub.

Son xəbərlər
Digər xəbərlər