32 C
Baku
Monday, June 17, 2024

Hesablama Palatası: “Konsolidə edilmiş maliyyə hesabatlarının auditi bəzi problemləri üzə çıxarıb”

Hesabat ilində Hesablama Palatası ilk dəfə həyata keçirdiyi qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatlarının auditinin ilkin nəticələri maliyyə uçotu və hesabatlılığının beynəlxalq standartlara uyğun aparılmasında bəzi problemlərin olduğunu göstərir.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Auditorlar Palatası və İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib.

“Qurumların tabeliyində olan bəzi müəssisələrinin birləşdirilmiş hesabatda nəzərə alınmamasını, tabe qurumları tərəfindən uçotun köhnə mühasibat uçotu əsasında aparılması və yalnız birləşdirilmiş hesabatın tərtibi zamanı beynəlxalq standartlara uyğunlaşdırılmasını, qurumdaxili əməliyyatların konsolidasiyanın aparılması zamanı diqqətə alınmamasını, bəzi müəssisələrin debitor borcların göstəricilərinin hesabatlılıqda əks olunmamasını vacib maliyyə pozuntuları kimi qeyd edə bilərəm. Bu, həm konsolidasiyanın fəlsəfəsinin başa düşülməməsindən, həm də peşəkar potensial boşluqlarının olmasından irəli gəlir”, – V. Gülməmmədov deyib.

Hesablama Palatasının sədri hesab edir ki, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, təkmil İT infrastrukturun qurulması və İT sistemlərin inteqrasiyası əhəmiyyətlidir.

“Bununla yanaşı, hesablama əsaslı uçotun və hesabatlılığın tətbiqi üçün potensialın yaradılmasını, başqa sözlə həm maliyyə hesabatını tərtib edən əməkdaşların, həm də büdcə üzrə qərarverənlərin, həmçinin maraqlı tərəflərin bu islahatı daha yaxşı başa düşməsi üçün bilik və bacarıqlarının artırılmasını,hazırda iştirakçısı olduğumuz tədbir timsalında ictimai sektorun maliyyə hesabatları mövzusunda tədbirlərin fəal şəkildə təşkil edilməsini bu islahatın keçirilməsi üçün vacib hesab edirik”, – V. Gülməmmədov bildirib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər