2 C
Baku
Sunday, December 15, 2024

Hesablama Palatası Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkar edib

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarına Naxçıvan Muxtar Respublikası büdcəsindən ayrılan vəsaitlərin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının uyğunluq auditi aparılıb.

Hesablama Palatasına istinadən xəbər verilir ki, audit 2023-cü ili əhatə edib.

Məlumata görə, əvvəlki illərdə yol verilmiş artıq və qanunsuz xərclərin aradan qaldırılması ilə əlaqədar Nazirlik və tabeli qurumlarda struktur və kadr dəyişikliyi aparılmış, kənd təsərrüfatı sahəsində hüquqi aktların tələblərinə uyğun fəaliyyətin qurulması və Muxtar Respublikada bitkiçilik və heyvandarlıq sahəsində təsərrüfatların qeydiyyatının dürüstləşməsi işlərinə başlanılmış, baramaçılığın bərpası istiqamətində yeni bağlar salınıb.

2023-cü ildə Nazirliyin və tabeli qurumlarının illik smetası 33 395,9 min manat proqnozlaşdırılmış və il ərzində cəmi 35,3%-i yəni 11 788,9 min manat xərc icra edilmişdir. “Qeyri-dövlət müəssisələrinə subsidiyalar” xərc istiqaməti üzrə 20 500,0 min manat smeta təsdiq edilmiş və 6 005,6 min manat, yəni 29,3% həcmində xərc icra edilmiş, “Dövlət müəssisələrinə subsidiyalar” xərc istiqaməti üzrə isə 250,0 min manat vəsait ümumiyyətlə icra edilməmişdir. Proqnozlaşdırmanın və aqrar sahənin uçot-statistik hesabatlığının qənaətbəxş olmaması icranın aşağı faizini şərtləndirib.

Nəzərdə tutulmadığı halda, 2023-cü il üzrə subsidiya üçün ayrılmış vəsaitlərdən 2019-cu ilin sənədlərinə əsasən 637,83 min manat məbləğində arı subsidiyasının və 2022-ci ilə görə isə 14,9 min manat məbləğində tütünçülük üçün məhsul subsidiyasının ödənişi Nazirlik tərəfindən həyata keçirilib.

Sığortalanmalı olan bitkilərin becərilməsinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta müqaviləsi bağlanılmadan, 321 şəxsə ümumilikdə 6353.18 ha sahə üçün 1397,7 min manat həcmində əkin subsidiyası ödənilib.

2023-cü ildə müvafiq səlahiyyətlər müəyyən edilmədiyi halda Nazirliyin müvafiq əmrləri ilə tabeli qurumları arasında maliyyə vəsaitlərinin ötürülməsi həyata keçirilməklə tabeli qurumların ehtiyaclarını və kreditor borclarını bağlamaq üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 658,7 min manat vəsait ödənilib (bu vəsaitin 470,0 min manatı audit dövründə bərpa edilib).

Nazirliyin tabeli qurumunun anbarına baxış keçirilərkən 35,8 ton mineral gübrənin faktiki anbar qalığından artıq olduğu və inventarizasiya zamanı mühasibatlıq sənədlərində bu barədə qeydiyyatın aparılmadığı müəyyən edilib.

Nazirliyin tabeli qurumunun bazasında sərgilənən 11 adda, ümumi dəyəri 266,9 min manat olan kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqların təhvil-təslim aktı tərtib edilməsinə və satış məqsədi ilə təhvil verilməsinə baxmayaraq, satışın qanunvericiliyə uyğun rəsmiləşdirilməsi və texnikaların dəyərinin mühasibat sənədlərində debitor borc kimi qeydiyyata alınması təmin edilməyib.

Nazirliyin əsasən təsərrüfathesablı tabeli qurumları üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və bəzi hallar üzrə (9580,0 manat) elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyəti qənaətbəxş olmamış, həmçinin bu qurumlar üzrə büdcədənkənar vəsaitlər üçün xəzinədarlıq orqanında müvafiq hesabın açılması ilə bağlı müraciətin olmadığı, gəlir və xərc smetaları təsdiq edilmədən vəsaitlərin müstəqil bank hesabından xərclənməsinə yol verildiyi aşkar edilib.

Auditin nəticələrinə əsaslanmaqla, Hesablama Palatası audit dövründə büdcəyə bərpaları, görülmüş işləri nəzərə alaraq, audit zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması, maliyyə hesabatlarında və ilkin təsdiqedici sənədlərdə müvafiq düzəlişlərin edilməsi, qalıq vəsaitlərin bərpası, xərclərin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi və digər təbirlərlə bağlı qərarını kənar dövlət maliyyə nəzarəti obyektinə, həmçinin auditlə bağlı müvafiq məlumatları Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Naxçıvan MR Nazirlər Kabinetinə və Naxçıvan MR İqtisadiyyat Nazirliyinə təqdim etmişdir. Audit 2023-cü ili əhatə etmiş və bu dövrdə 24 303 436,26 manat xərc icra edilib.

Qeyd edilib ki, auditlə əhatə olunan təhsil müəssisələrində normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə və əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlərin ödənilməsi, dövlət satınalmalarının keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər