2021-2022-ci illərdə Naxçıvan MR-da un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin edilməyib.
Bu qənaətə Hesablama Palatası yerli Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalardan sonra gəlib.
“Satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyinin xətti ilə un istehsalçılarına köçürülmüş 1.3 milyon manat məbləğində subsidiya vəsaitlərini yalnız 1 istehsalçı olmaqla “Gəmiqaya Holdinq” istifadə edib”, – deyə məlumatda qeyd olunub.