10 C
Baku
Saturday, March 2, 2024

Palata Neft Fondunun audit rəyini tərtib etdi, Müşahidə Şurasına göndərdi

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilən Kollegiya iclasında “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” müzakirə olunub.

Banker.az Hesablama Palatasının məlumatına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi Kollegiya tərəfindən məqbul hesab edilib, Hesablama Palatasının Rəyinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb.

Xatırladırıq ki, Müşahidə Şurasının tərkibi İqtisadiyyat naziri Mikayıl Cabbarov da daxil olmaqla Emin Hüseynov, İsrafil Məmmədov, Elnur Soltanov, Azər Bayramov və Ruslan Əlixanovdan ibarətdir.

Son xəbərlər
Digər xəbərlər