13 C
Baku
Friday, November 22, 2024

Hesablama Palatası ölkədə qiymətlərin daha da yüksələcəyini düşünür

Hesablama Palatası növbəti ildə Azərbaycanda inflyasiyanın yüksək olacağını düşünür. Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-oktyabrına nisbətən 5.7 faiz yüksək olub. Ötən ilin 1 noyabrı ilə müqayisədə isə bu il noyabrın 1-də inflyasiyasının səviyyəsi 10 faizdir. Ayrı-ayrı istiqamətlərdə qiymət artımlarının səviyyəsi fərqlənir. Məsələn, Azərbaycanda xərclərin yarıya yaxını olan qida xərclərində inflyasiya artıq ikirəqəmli həddədi ötüb. DSK-yə görə, son ildə Azərbaycanda qida məhsulları 13.4 faiz bahalaşıb.

Qida məhsulları arasında ayrı-ayrı məhsul qrupları üzrə inflyasiya da fərqlənir. Ölkədə ən çox bahalaşan qida məhsulları tərəvəzdir. Təkcə son bir ayda bu məhsullar 14.3 faiz bahalaşıb. Ay ərzində ən çox bahalaşan məhsullardan biri əhalinin isthlek səbətinə aid edilən yumurtadır. Bu məhsul 8 faiz bahalaşıb. Nəzərə almaq lazımdır ki, pomidor, ağ kələm, göy lobya, xiyar, badımcan kimi məhsullar son bir ildə iki dəfəyə yaxın bahalaşıb. Qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətlərindəki artımsa 5 faiz civarındadır.

3123123232132333

Hesablama Palatasının gələn ilin dövlət büdcəsi ilə bağlı rəyində ayrıca toxunulan məsələlərdən biri qiymət artımı səviyyəsinin yüksəlməsi haqqındadır. H.P. rəyində qiymət artımlarını daha çox xarici amillərə bağlayır. Rəydə qeyd edilir ki, idxal olunmuş məhsulların yanvar-avqust ayları ərzində 21.7 faiz bahalaşması, o cümlədən dünya bazarlarında ərzaq məhsullarının il ərzində 32.8 faiz bahalaşması istehlak bazarında qiymət artımına təkan verib. Rəydə qiymət artımım səviyyəsinin yüksək olmasına təsir göstərən amillərdən biri də Tarif Şurasının ilboyunca mal və xidmət qiymətlərini artırması olub.

Hesablama Palatasının rəyində qeyd edilir ki, bu il ölkədə orta illik inflyasiya 3 faiz həddində proqnozlaşdırılsa da, müşahidə olunan meyllər nəzərə alınmaqla, dəqiqləşdirmələr zamanı inflyasiya gözləntisi iki dəfə artırılaraq 6 faizə qaldırılıb. “Cari ilin 9 ayında orta illik inflyasiyanın 5.2 faiz qeydə alınması faktı və tərəfimizdən aparılan hesablamalar orta illik inflyasiyanın 6 faiz ətrafında olacağını deməyə imkan verir”, – deyə Palatanın rəyində bildirilib.

Palata bildirir ki, təqdim olunmuş “Büdcə zərfi”ndə növbəti ildə sosialyönlü xərclərin 13,5%, o cümlədən əməyin ödənişi xərclərinin 22,7% yüksəldilməsi 2022-ci ildə tələbin yüksəlməsini şərtləndirir ki, bu da əlavə inflyasiya təzyiqi yarada bilər.

“Həmçinin, cari ildə müşahidə olunmuş qiymət artımının təsirinin növbəti ildə də davam edəcəyi,eləcə də növbəti ildə də dünya iqtisadiyyatında fiskal paketlərin tətbiq ediləcəyi səbəbi ilə inflyasiyanın əsas təhdid hesab olunması kimi faktorları nəzərə alaraq növbəti ilin inflyasiya göstəricisinin optimist yanaşma əsasında proqnozlaşdırıldığını qeyd edirik” – deyə, rəydə vurğulanır.

Növbəti aylarda bahalaşmalar müşahidə ediləcək

Hesablama Palatası gələn ilin sonunda illik inflyasiya səviyyəsinin bu illə müqayisədə azalacağını düşünsə də, 2022-ci ilin əvvəlindən qiymətlərin daha da bahalaşacağını proqnozlaşdırır.

Ötən illərin təcrübəsi də göstərir ki, Azərbaycanda dövlət yatırımlarının böyük bölümü ilin son ayı olan dekabrda xərclənir. Məsələn, elə ötən il də dövlət investisiyalarının aylar üzrə bölgüsündə önəmli fərqlər gözə çarpıb. 2020-ci ildə xərclənən dövlət investisiyalarının 38.8 faizi yalnız dekabr ayında xərclənib.

Yerdə qalan 60 faizə yaxın vəsaitsə 11 ayın payına düşüb. Belə böyük vəsaitin xərclənməsi hesabına ötən ilin dekabrında dövriyyədəki pul 1 milyard 760 milyon manatdan çox artıb. Bu üzdən, ötən ilin dekabrında aylıq inflyasiya (0.8 faiz) ilin digər aylarıyla müqayisədə 2 dəfə çoxalmışdı. Həmin vaxt dekabrdan sonrakı üç ay ərzində də hər ay qiymətlər 2 faiz həcmində artım göstərmişdi.

Əhalinin gəlirləri və xərclərinin eyni artım templərinə malik olacağı nəzərdə tutulmuş, Hesablama Palatası həm gəlirlər, həm də xərclər üzrə real artımın sürətlənməsi nəticəsində yüksələn tələbin qiymət artımına təsir edəcəyi qənaətinə gəlmişdir.

2021-ci ilin 9 ayında əhalinin gəlirləri 42.3 mlrd. manata bərabər olmuş, nominal ifadədə 2.0% artsa da, bu artım tempi inflyasiyadan geridə qalmış, nəticədə gəlirlər real ifadədə 3.0% azalmışdır.

Növbəti ildə isə gəlirlərin real artım tempinin sürətlənərək 4.2%-ə yüksələcəyi proqnozlaşdırılmışdır.

Əhali xərclərinin 2022-ci ildə əvvəlki ilə nisbətən daha yüksək templərlə artacağı, bu artımın real ifadədə 4.1%-ə yüksələcəyi proqnozlaşdırılır. Bu artım fiskal stimullar səbəbi ilə artan gəlirlər nəticəsində tələbin yüksəlməsi kimi şərh edilə bilər. Qeyd edək ki, yüksələn tələb inflyasiya tempi ilə uyğunluq təşkil etməlidir

Son xəbərlər
Digər xəbərlər