10 C
Baku
Friday, April 18, 2025

Hesablama Palatası ötən il 575 milyon manatlıq maliyyə pozuntusu aşkar edib

2024-cü ildə Hesabalama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri hesabına 574,9 milyon manatlıq pozuntu aşkar edib.

Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Sənədə əsasən, bunun 113,3 milyon manatı uyğunluq elementləri üzrə dövlət büdcəsinə dəymiş zərər, 461,6 milyon manatı isə digər maliyyə pozuntuları olub.

Hesabat dövründə zərərin 83,4 milyon manatı pul və yaxud natura şəklində bərpası təmin olunub, 21,2 milyon manatı sosial xarakterli ödənişlərdən ibarət olduğu üçün onun bərpası istiqamətində birbaşa tədbir müəyyən edilməyib, bu ödənişlərin müvafiq qaydada dayandırılması ilə bağlı qərar verilib. Bundan başqa 8,7 milyon manat zərər üzrə cinayət tərkibi əlamətlərinin ehtimal olunması ilə əlaqədar olaraq müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər