20 C
Baku
Saturday, May 25, 2024

Hesablama Palatası preauditin keçirilməməsinin səbəblərini açıqlayıb

Hesablama Palatası tərəfindən preauditin keçirilməməsinin səbəbləri açıqlanıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib ki:.

“Məlum olduğu kimi, ali audit orqanlarının Konstitusiyası hesab edilən Lima bəyannaməsinə əsasən post (sonrakı) audit ali audit orqanlarının mütləq vəzifəsidir, lakin preaudit milli qanunvericilikdən irəli gəlir. Hazırda “Hesablama Palatası haqqında” Qanundan da göründüyü kimi, qanunvericilik preauditi birbaşa müəyyən etmir. Lakin layihəyə rəy verməklə bağlı Hesablama Palatası qarşısında vəzifə müəyyən olunub. Bu vəzifə ex-ante qiymətləndirilməsini ehtiva edir və hesabat ili ərzində bu vəzifəni icra etməklə 7 rəy vermişik”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər