9 C
Baku
Sunday, November 10, 2024

Hesablama Palatası: Səhmlərində dövlətin payı olan bəzi müəssisələrdən dividend ödənişi nəzərdə tutulmayıb

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə əlavə artım nəzərdə tutulmayıb, Hesablama Palatası bəzi müəssisələr üzrə mənfəət olduğu halda, büdcəyə dividend ödənişi nəzərdə tutulmadığını bildirməklə, bu mədaxil mənbəyi üzrə əlavə potensial olduğu qənaətinə gəlib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsinin təsdiq edilmiş gəlirlərində səhmlərində dövlətin payı olan müəssisələrdən 321.2 mln. manatın daxil olacağı nəzərdə tutulmuş, yenidən baxılma zamanı bu mədaxil mənbəyi üzrə artım proqnozlaşdırılmamışdır. Hesablama Palatasının 2023-cü ilin dövlət büdcəsinin layihəsinə Rəyində də qeyd edildiyi kimi, bəzi dövlət qeyri-maliyyə təşkilatları üzrə mənfəət olduğu halda, bu müəssisələrdən dövlət büdcəsinə dividend ödənişi nəzərdə tutulmamışdır. Hesablama Palatası bu istiqamətdə əlavə potensialın olduğunu hesab etməklə, bəzi müəssisələr üzrə ödəniş nəzərdə tutulduğu halda daxilolmanın reallaşmamasını bu istiqamətdə risk amili hesab edir: “Ümumiyyətlə, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə, səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edirik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər