Hesablama Palatası keçirilmiş səmərəlilik auditi üzrə tapıntılar və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Hesablama Palatasının audit qrupunun hesabatına dair 18.06.2021-ci il tarixli məktubunda əks etdirilmiş məlumatlar əsasında bəzi nəticələrə gəlib.
Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsinə dair açıqlamasında deyilir.
Hesablama Palatası hesab edir ki, əlaqəli sahə üzrə institusional islahatlar nəticəsində Layihənin icrasında ləngimələrin baş verməsi və bu səbəbdən icra müddətinin uzadılması Layihənin 2013-cü ildə təsdiq edilmiş qiymətləndirmə sənədində 4 illik müddət üçün müəyyən olunmuş hədəf göstəricilərinə vaxtında nail olunmasına və ümumilikdə layihə üzrə səmərəliliyə təsirini göstərmişdir: Bu növ layihələrin layihələndirilməsi təfərrüatlı iqtisadi təhlilə əsaslandığı üçün beynəlxalq təcrübədə ortamüddətli (3-5 il) layihələr məqsədəuyğun hesab edilir.
Auditlə əhatə olunmuş Layihənin icra müddəti, faktiki olaraq, 8 ili əhatə etmişdir. Bu baxımdan, Layihənin gözlənilən nəticəliliyini müəyyən etmək məqsədini daşıyan ilkin iqtisadi təhlildə tətbiq edilmiş yanaşmalar və ehtimallar qüvvəsini itirib.