27 C
Baku
Sunday, July 21, 2024

Hesablama Palatasının sədri: “Son 20 ildə büdcə 13-cü dəfə dəyişdirilir”

Azərbaycanın dövlət büdcəsi son 20 il ərzində 13-cü dəfədir ki, dəyişdirilir.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Yenidən baxılma ilə büdcənin 17 maddəsindən 4-ü istisna olmaqla, digər gəlir mənbələrində dəyişiklik proqnozlaşdırılıb. Yenidən baxılan büdcədə neft-qaz sektoru üzrə 2,4 milyard manat əlavə dəyərin formalaşması gözlənilir ki, bu da qiymət artımı ilə bağlıdır. İndiyə qədər qeyri-neft qaz sektorundan daxilolmalar üzrə proqnoz adekvat olmayıb, pik səviyyəni ötüb”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər