Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.
Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Komitə sədri Tahir Mirkişili bildirib ki, keçən dövr ərzində performans auditinin daha çox aparılması, genişləndirilməsi və digər auditlərin aparılması palatada yeniliklərin tətbiqi kimi qiymətləndirilməlidir: “Hesablama Palatasının auditləri nəticəsində 130 milyon manatdan çox vəsait dövlət büdcəsinə daxil edilib. Ümumilikdə 35-ə yaxın material hüquq-mühafizə orqanlarına göndərilib. Hesablama Palatasının verdiyi rəylər yenilikçi, anlaşılan olur. Komitənin Hesablama Palatasına göndərilən bütün sorğularına cavab verilir”.
Komitə sədri qeyd edib ki, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsi tərəfindən Vüqar Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyini məqsədəuyğun hesab edir.