Hesablama Palatasının strukturunda dəyişiklik edilib

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş vəzifələrin icrasının təmin edilməsi və fəaliyyətin beynəlxalq təcrübədə qəbul olunmuş mütərəqqi yanaşmalara uyğunlaşdırılması məqsədilə palatanın strukturunda dəyişikliklər aparılaraq təkmilləşdirilib.
Palatanın mətbuat xidmətindən bildirilib ki, fevralın 1-dən qüvvəyə minəcək yeni strukturda bir sıra şöbələrin birləşdirilməsi ilə yanaşı, iki yeni struktur vahidi də formalaşdırılıb.
Perfomans auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında səmərəlilik auditi sektoru yaradılıb və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcək.
Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək. Azərtac


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları