Milli Məclis Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini qəbul edib.
Gələn il üzrə Hesablama Palatası Aparatının xərclər smetası 11 424 588 manat olacaq.
Bu, 2023-cü illə müqayisədə 7.5% çoxdur.
Gələnilki vəsaitin 10 361 232 manatı əməyin ödənişi üçün nəzərdə tutulub. Bu isə bu ilə nisbətən 8.3% çoxdur.
O cümlədən, ştatda olan işçilərin əməkhaqqına 7 540 812 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 54 670 manat xərclənəcək.