Hesablaşmalar departamentinin Baş mütəxəssisi / Ekspert (İnternet Bakçılıq üzrə) – RabitəBank ASC

Hesablaşmalar departamentinin Baş mütəxəssisi / Ekspert (İnternet Bakçılıq üzrə)

Əsas vəzifələri:

 

  • Müştərilərin İnternet Bankçılıq vasitəsi ilə daxil etdikləri əməliyyatların bank proqramına inteqrasiyası prosesini təmin edir;
  • İnternet bankçılıq vasitəsil ilə həyata keçirilən əməliyyatların mövcud qanunvericiliyə və bankdaxili  qaydalara uyğun olmasına nəzarət edir;
  • İnternet bankçılıq vasitəsi ilə keçirilmiş əməliyyatlar üzrə arxiv və sənədləşdirmə işinin aparılmasını təmin edir;
  • Departamentin və digər strukturların ödəniş tapşırıqlarını AZİPS və XÖHKS sistemlərinə daxil edir;
  • SWIFT, AZİPS və XÖHKS  Sistemlər üzrə Banka daxil olan bütün ödəniş tapşırıqlarını yoxlayır və bank proqramına daxil edir və digər.

 

Namizədə olan tələblər:

  • Ali  təhsil;
  • İnternet bankçılıq sahəsi üzrə azı 3 il iş təcrübəsi;
  • SWIFT, AZİPS və XÖHKS sistemlərində peşakar işləmək bacarığı;
  • Mühasibatlıq sahəsi  üzrə baza biliklərə malik olması;
  • Bank fəaliyyətini tənzimləyən qanunvericiliklə tanış olması;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Analitik düşüncəyə malik olması;
  • Komandada işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və təşəbbüskarlıq  kimi müsbət göstəricilərə malik olması

 

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır.

 

Son xəbərlər
Digər xəbərlər