“Unibank KB” ASC-nin törəmə investisiya şirkətinin Müşahidə Şurasının yeni üzvi seçilib.
Banker.az xəbər verir ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının qərarı ilə Heybət Qədirov Müşahidə Şurasının üzvü seçilib.
Heybət Qədirov 2022-ci ilin yanvarından ana şirkət “Unibank”ın İdarə Heyətinin üzvü, sədrin müavini seçilib.
“Unicapital”ın buna qədər Müşahidə Şurasında İqor Okayevin adı yar almışdı, lakin o “Unibank”ın İdarə Heyətindən ayrılıb, digər banka sədr gedib və qeyd edilən vəzifəsindən də kənarlaşıb.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmdarı 100% “Unibank” ASC-dir.