Heydər Əliyev Beynəlxalq Aeroportu bu ilin ən punktual aviaşirkətlərin reytinqini dərc edib

0
Baikonur, Kazakhstan - November 11, 2013: Russian Volga-Dnepr Antonov AN-124 long-range heavy transport plane is being unloaded in Yubileiny airport.

Azərbaycanın əsas hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100% punktuallıq ilə BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkəti göstəriblər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Uzbekistan Airways”, “Qatar Airways”, “Aeroflot”, “Air Arabia” и “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) planlaşdırılmış uçuşların ən azı 90%-ni yerinə yetiriblər.

“Lufthansa” (89.6%), “flyNas” (88.9%), “Kuwait Airways” (87.5%) , “Türk Hava Yolları” (86.5%) və “Belavia” (86.4%) həmçinin yüksək nəticələr göstəriblər.

Ümumilikdə isə, 2019-cu ilin oktyabr ayı ərzində uçuşların 77%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Obyektivliyin artırılması məqsədilə reytinqə hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways”, habelə ay ərzində 5-dən az uçuş həyata keçirmiş aviaşirkətlər daxil edilməyib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

©Trend