30 C
Baku
Thursday, June 30, 2022

Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul edib

Mayın 28-də şənbə günü səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb.

Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Polşa aviadaşıyıcısının ilk reysinin necə qarşılandığını videoçarxda görmək olar:

 

Son xəbərlər
Oxşar xəbərlər