2 C
Baku
Tuesday, March 5, 2024

Heydər Əliyev prospektində hərəkət yenidən qismən məhdudlaşdırılacaq

Bakının Heydər Əliyev prospektinin 17.4-cü kilometrlik hissəsində, şəhər istiqamətində “P” tipli istiqamətverici lövhələrin quraşdırılması işləri bu gün də davam edəcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, işlər bu axşam saat 22:00-dan səhər saat 05:00-a qədər aparılacaq. Həmin zaman kəsiyində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər