6 C
Baku
Sunday, December 15, 2024

Heydər Əliyev Beynəlxalq Aeroportu “Qazaq Air”in ilk reysini qəbul edib

Bu gün “Qazaq Air” şirkətinin ilk təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu həftədən etibarən Qazaxıstanın aviadaşıyıcısı yeni Aktobe-Bakı-Aktobe və Nur Sultan-Bakı-Nur-Sultan (Aktobe üzərindən tranzit) marşrutu üzrə müntəzəm reyslər yerinə yetirəcək. Bu istiqamətdə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Bu marşrut üzrə uçuşlar 86-ya qədər sərnişin oturacağı ilə təchiz edilmiş Kanada istehsalı olan “De-Havilland Dash 8-Q400” hava gəmisində həyata keçirilir. Bu istiqamət üzrə aviabiletləri aviadaşıyıcının rəsmi internet saytında www.flyqazaq.com, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür. Səyahət etməzdən öncə bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı hər iki ölkədə mövcud giriş qaydalarına dair ən son məlumatları yoxlamaq tövsiyə olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər