10 C
Baku
Thursday, December 12, 2024

Heydər Əliyev Beynəlxalq Aeroportu yerinə yetirdiyi çarter reysi ilə bağlı açıqlama yayıb

Heydər Əliyev Beynəlxalq Aeroportu ötən gün “Polşa Hava Yolları” şirkətinin (LOT) Azərbaycan istiqamətində yerinə yetirdiyi çarter reysi ilə əlaqədar yayılmış məlumatlara aydınlıq gətirib.

Hava limanından bildirilib ki, içində 90 Azərbaycan vətəndaşı olan və Varşava-Lənkəran reysi üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblərdən geriyə qayıtmaq barədə qərar qəbul edib.

LOT-un təyyarəsi yenisi ilə əvəz edildikdən sonra hava gəmisi Varşavadan yola düşüb və yerli vaxtla saat 22:25-də Lənkəran hava limanına enib. Təyyarə ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib.

Sərnişinlər Lənkəranda düşürüldükdən sonra təyyarə sərnişinlərsiz Bakıya uçuş yerinə yetirib və martın 28-də Bakı vaxtı ilə saat 02:20 dəqiqədə 19 sərnişinlə (hamısı Polşa vətəndaşıdır) Varşavaya yola düşüb.

“Azərbaycan Hava Yolları” QSC kütləvi informasiya vasitələrini və ölkə vətəndaşlarını yalnız rəsmi mənbələrdən daxil olan yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edib.

©Report

Son xəbərlər
Digər xəbərlər