8 C
Baku
Friday, December 13, 2024

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 15% artıb

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk dörd ayı ərzində 1 mln. 239 min sərnişinə xidmət göstərib.

“Azərbaycan Hava Yolları”ndan verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun mət bu göstərici ötən ilin analoji göstəricisindən 15% çoxdur.

“Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısının payına 495 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 139 min sərnişin düşüb.

1 mln. 66 min sərnişin ümumi sərnişin dövriyyəsinin 86%-i, beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 30% AZAL-ın, 13% isə “Buta Airways”in payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-aprel ayları ərzində bu istiqamətlərə 818 min sərnişin uçub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax”-ın ən yüksək 5 ulduzuna layiq görülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər