“Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Sərəncamda deyilir,
1. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanının 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Azərbaycan Respublikasının Prezidenti
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Azərbaycan Respublikası Baş nazirinin müavini
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Yazıçılar Birliyinin sədri
Azərbaycan Rəssamlar İttifaqının sədri
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Azərbaycan Memarlar İttifaqının sədri
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Xoşbəxt Yusifzadə –Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Tahir Salahov – Xalq rəssamı
Ömər Eldarov – Xalq rəssamı.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2021-ci il
Əvvəlki
Komissiyanın sədri
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti
Komissiyanın üzvləri
Mehriban Əliyeva – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri [6]
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri
Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri
Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri
Tahir Salahov – Xalq Rəssamı
Arif Məlikov –Xalq Artisti
Ömər Eldarov – Xalq Rəssamı
Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti
2. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.