18 C
Baku
Wednesday, May 15, 2024

Heydər Əliyev prospektində yol niyə bağlanıb? – Yenilənib

Bakıda TIR sürücüləri yolda tıxaca səbəb olub.

Bir neçə TIR sürücüsü paytaxtın Heydər Əliyev prospektində, üzü şəhər istiqamətində sağ kənar zolağı bağlayıblar. Onların hansı səbəblə bunu etdikləri dəqiq bilinmir.

İlkin məlumata görə, sürücülərin etiraz əlaməti Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən alınan lisenziyalarla bağlıdır. Hazırda əraziyə polislər cəlb edilib.

Unikal xəbər verir ki, sürücülər yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər.

Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar:

“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”

Bildirək ki, bu səbəbdən səhər saatlarında Heydər Əliyev prospektində böyük tıxac yaranıb.

1645078749 d2f0b7ad 76e4 4996 8aec 2b0ddfe138b7

Son xəbərlər
 ⁠
Digər xəbərlər