8 C
Baku
Monday, November 18, 2024

Heydər Əliyev və Babək prospektlərini birləşdirən avtomobil yolunda dəyişiklik edilə bilər

Heydər Əliyev və Babək prospektlərini birləşdirən avtomobil yolu tunelinin hər iki çıxışında dairəvi hərəkət təşkil edilə bilər.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Deputatların Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində M.Ə.Sabir küçəsinin yenidən qurulması və genişləndirilməsi təklifinə Nazirlər Kabineti belə cavab verib:

“Adıçəkilən küçənin yenidən qurulması və genişləndirilməsi məqsədilə Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Nəqliyyat Agentliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Nizami Rayon İcra Hakimiyyətinin və Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri birlikdə yerində vizual baxış keçirərək, Sabir küçəsində nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə küçənin Heydər Əliyev və Babək prospektlərini birləşdirən avtomobil yolu tunelinin hər iki çıxışında dairəvi hərəkətin təşkil edilməsi va küçənin müəyyən hissələrində genişləndirmə işlərinin yerinə yetirilməsi məqsədəuyğun hesab edilib və bu barada aidiyyəti qurumlara məlumat verilib”.

Qeyd edək ki, hökumətin hesabatının Milli Məclisin martın 17-də keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər