“Bu gün təkcə Bakıdan deyil, həm də digər hava limanlarından Türkiyə və Rusiya istiqamətlərinə uçuşlar həyata keçirilir. Əlbəttə ki, bununla kifayətlənmirik”.
Bu barədə Azərtac-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
“Sərnişinlərə daha sərfəli səyahət variantları təklif etmək üçün yeni aviaşirkətlərin, xüsusilə də aşağıbüdcəli aviadaşıyıcıların regional hava limanlarına cəlb olunması istiqamətində fəal şəkildə çalışırıq. Bununla yanaşı, yaxın zamanda regional hava limanlarından yeni reyslərin açılması gözlənilir ki, bu barədə də ictimaiyyət məlumatlandırılacaq”, – deyə məlumatda qeyd olunub.